
“Sabah”a qalib gələ bilərdik” – Cavid Hüseynov
“Səbail”in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, heç-heçə (0:0) başa çatan qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox istəyirdik ki, qələbə qazanaq. Futbolçuların bugünkü matçda göstərdikləri nizam-intizam və xarakter təqdirəlayiqdir. Qalib gələ də bilərdik. Lakin 1 xalla kifayətləndik. Qarşıda bizi növbəti oyunlar gözləyir. Qış fasiləsindən sonra futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Demək ki, bizə zaman lazım imiş”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin