“Sabah”a keçdiyimə görə çox şadam” – yeni transfer
“Sabah”ın yeni transferi Anatoli Nuriyev klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi “Sabah”a transferi haqda bunları deyib:
“Sabah”a keçdiyimə görə çox şadam. Burda mənə tanış simalar var. İnanıram ki, yeni komandama tez uyğunlaşacam.
“Sabah”da məşqlərə başlamaq, yeni komanda yoldaşlarım və məşqçilərimlə tanış olmaq üçün səbirsizlənirəm. Ümid edirəm ki, növbəti mövsüm bizim üçün uğurlu olacaq və qarşımıza qoyulan hədəfə çatacağıq.
26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin