“Sabah” Xorvatiyada qrup lideri oldu
Xorvatiyanın Split şəhərində keçirilən “Dalmatinko Cup”da iştirak edən “Sabah”ın U-12 komandası turnir çərçivəsində daha 2 oyun keçirib.
Komanda.az xəbər verir ki, Samir Əbdürəhmanovun yetirmələri əvvəlcə Xorvatiyanın “Primorats-2” komandası ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin minimal hesablı (1:0) qələbəsi ilə nəticələnib. Matçda yeganə qola Amur Yusifov imza atıb.
Komanda daha sonra Polşa “Qurnik Zabrje”si ilə qolsuz bərabərə qalıb (0:0).
“Sabah” bu nəticələrdən sonra qrup mərhələsini lider kimi başa vurub.
Xatırladaq ki, “Sabah” qrupdakı əvvəlki oyunlarında “Hayduk”a (1:0) və “İmotski”yə (2:0) qalib gəlmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin