“Sabah” Xorvatiyada 1/4 finalda dayandı
Xorvatiyanın Split şəhərində keçirilən “Dalmatinko Cup”da iştirak edən “Sabah”ın U-12 komandası turnirdə çıxışını başa vurub.
Komanda.az xəbər verir ki, qrup mərhələsini birinci pillədə başa vuran Samir Əbdürəhmanovun yetirmələri 1/4 finalda Monteneqronun “Brejnitse” klubuyla qarşılaşıb. 0:0 hesablı bərabərliklə başa çatan görüşün penaltilər seriyasında məğlub olan (2:4) “Sabah” mübarizəni dayandırıb.
Xatırladaq ki, Azərbaycan təmsilçisi qrupda “Primorats-2”-yə (1:0), “Hayduk”a (1:0) və “İmotski”yə (2:0) qalib gəlmiş, “Qurnik”lə heç-heçə (0:0) etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin