Sabah Xavinin gələcəyi ilə bağlı qərar veriləcək

“Barselona” rəhbərliyi mayın 20-də komandanın baş məşqçisi Xavinin gələcəyi ilə bağlı qərar verəcək.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, həmin gün 44 yaşlı mütəxəssis Kataloniya klubunun prezidenti Xuan Laporta ilə görüşəcək. Görüşün istənilən nəticəsinin ola biləcəyi bildirilir.

Xavi yanvar ayında cari mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı. Aprel ayında isə o, fikrini dəyişdiyini və klubda işləməyə davam edəcəyini demişdi.

Daha sonra ortaya məlumat çıxdı ki, “Barselona” Xavinin klubun maliyyə problemləri ilə bağlı açıqlamalarından narazıdır.

“Barselona” 36 turdan sonra (79 xal) İspaniya La Liqasında ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button