
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi “Nant”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, Əlincə stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
“Bayquşlar”ın qolunu 88-ci dəqiqədə Anar Hüseynov vurub.
“Sabah” səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzmuşdu. Komanda UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



