
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandırıb.
Komanda.az xəbər veri rki, Bakıda İsveçrə təmsilçisi “Bazel”lə qarşılaşan Adino Mustedanaqiçin baş məşqçisi olduğu komanda 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan komandasının yeganə qoluna 89-cu dəqiqədə Anar Hüseynov imza atıb.
İlk matçda “Bazel” 6:0 hesablı qələbə qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin