“Sabah” Türkiyədə çempion oldu

Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirində iştirak edən “Sabah”ın U-12 komandası yarışın qalibi olub.

Komanda.az xəbər verir ki, qrup mərhələsində “Trabzonspor”u (8:0), “Erzurumspor”u (2:1), “Qldani”ni (1:0) və “Girseunspor”u (4:0) məğlub edən, “Altınordu”ya məğlub olan (2:3) Nasir Nəsirlinin yetirmələri 1/4 finala yüksəlib. Bu mərhələdə “Ankaragücü” ilə qarşılaşan “Sabah” 2:0 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Nəsirlinin yetirmələri yarımfinalda “Samsunspor”u məğlub edərək (3:2) finala yüksəlib. Həlledici matçda isə “Altınordu” ilə qarşılaşan komanda bu oyundan da qalib ayrılaraq (1:0) çempion olub.

“Sabah”ın turnirdə keçirdiyi oyunlar:

Qrup mərhələsi

Sabah – Trabzonspor 8:0
Qollar: Ülvi Əlizadə, Həsən Ramazanov, Abbas Məmmədli, Əli Məmmədli, Səid Məhərrəmzadə, Rasim Cavadov, Nihad Əsgərli, Fərid Həsənli.

Sabah – Erzurumspor 2:1
Qollar: Abbas Məmmədli, Əli Məmmədli.

Altınordu – Sabah 3:2
Qollar: Ülvi Əlizadə (2).

Sabah – Qldani 1:0
Qol: Ayxan Əliyev.

Sabah – Giresunspor 4:0
Qollar: Abbas Məmmədli (3), Həsən Ramazanov.

1/4 final

Sabah – Ankaragücü 2:0
Qollar: Abbas Məmmədli, Elcan Sadiqli.

Yarımfinal

Sabah – Samsunspor 3:2
Qollar: Abbas Məmmədli (2), Həsən Ramazanov.

Final

Altınordu – Sabah 0:1
Qol: Abbas Məmmədli.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button