“Sabah”dan ilk

“Sabah” tarixində ilk dəfə səfərdəki Premyer Liqa oyununda böyükhesablı qələbə qazanıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, mövsümün ilk yarısının son turuna təsadüf edib. Bakı klubu rəqib meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

2018-ci ildə Premyer Liqada debüt edən paytaxt klubu bunadək yalnız evdə böyük hesabla qələbə qazanmışdı. “Sabah” 46-cı səfər matçında ilk belə uğura imza atıb.

Bu, bakılıların Premyer Liqada ümumilikdə 4-cü, mövsümdə 2-ci belə qələbəsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button