“Sabah” səfərdə 100-cü qolu buraxıb

“Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 29-cu turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.

Bakı klubu 0:2 hesabı ilə uduzduğu oyuna qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.

“Sabah” 85-ci səfər matçında bu qolu buraxıb. 2018/19 mövsümündən Premyer Liqada çıxış edən komanda ilk dəfə 2018-ci il avqustun 19-da, “Sumqayıt”la səfər görüşündə qapısında qol görüb – 1:4.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button