“Sabah” “sükan”ı İran millisinin keçmiş baş məşqçisinə tapşırdı

Basketbol üzrə Azərbaycan liqasının qalibi “Sabah”da baş məşqçi dəyişikliyi olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, makedoniyalı Boban Mitev bu posta gətirilib.

50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Elşən Yusubovu əvəzləyib.

“Monako” (Fransa), “Partizan” (Serbiya), “Alba Berlin” (Almaniya) klublarında köməkçi məşqçi kimi çalışmış 50 yaşlı Boban Mitev 2011-2013-cü illərdə İran millisinə rəhbərlik edib. O, son olaraq Şimali Makedoniyanın “Angeli” komandasının baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button