“Sabah” Rusiyada finala çıxıb: “Rubin”lə qarşılaşacaq

Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirində qrup mərhələsi başa çatıb.

Komanda.az xəbər verir ki, “Sabah”ın U-10 komandası qrupda Tacikistanın “Babilon” (2:1), Qırğızıstanın “Abdış-Ata” (9:1) və Qazaxıstanın “Elimay” (6:0) komandalarına qalib gəlib, yalnız Rusiyanın “Nefteximik” komandasına 1:2 hesabı ilə məğlub olub.

Azərbaycan təmsilçisi qrup mərhələsini birinci sırada tamamlayaraq turnirin həlledici oyununa vəsiqə qazanıb.

Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi komanda sabah finalda Rusiya “Rubin”i ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button