“Sabah” rəsmisindən “Krasnodar”a qayıdacağı deyilən Murad Musayevlə bağlı AÇIQLAMA
“Sabah” klubu baş məşqçisi Murad Musayevin Rusiyanın “Krasnodar” komandasına gedəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az saytına açıqlamasında bu məlumatı təkzib edib:
“Xeyr, bu, doğru məlumat deyil. Murad Musayev “Sabah”ın baş məşqçisidir. Qeyd etdiyiniz məsələ ilə bağlı hər hansı müzakirə olmayıb”.
Rusiya mətbuatı Musayevin Krasnodar klubundan ayrılmağa qərar verən almaniyalı Daniel Farkeni əvəzləməyə əsas namizədlərdən biri olduğunu yazır. Ötən ilin oktyabrından “Sabah”a başçılıq edən Murad Musayevin paytaxt klubu ilə 2 illik müqaviləsi var. O, 2018-2021-ci illərdə “Krasnodar”ın əsas komandasına rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin