“Sabah” Qazaxıstan millisinin qapıçısını heyətinə qatıb

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 28 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button