“Sabah” – “Qarabağ” oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının 1-ci turunda keçirilməli olan “Sabah” – “Qarabağ” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu haqda “Sabah” klubu açıqlama yayıb.

Komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən matç başqa vaxta təyin ediləcək. Hələlik oyunun yeni tarixi açıqlanmayıb.

Ssözügedən qarşılaşma avqustun 17-də saat 18:30-da keçirilməli idi. “Sabah” 14 avqust saat 20:00-da Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Levski” ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button