
“Sabah” Qətər klubu ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi məlum olub.
Klubdan Komanda.az-a verilən məlumata görə, komanda Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşacaq.
Oyun iyulun 9-da, Bakı vaxtı ilə saat 19:00-da “Kematen” stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin