“Sabah” – “Qəbələ”: 5-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, “Qəbələ” mövsümün ikinci yarısında ilk səfər matçına çıxacaq. “Qırmızı-qaralar” Premyer Liqanın debütantı “Sabah”la üz-üzə gələcək.

Bu, rəqiblərin 5-ci oyunu olacaq. Əvvəlki 4 görüşün hamısı cari mövsümə təsadüf edib. Komandalar iki dəfə Premyer Liqa, iki dəfə Azərbaycan kubokunun 1/4 finalında üz-üzə gəliblər.

İlk matç debütantın minimal hesablı qələbəsi ilə başa çatsa da, sonrakı 3 görüşdə Sənan Qurbanovun yetirmələri qalib gəlib. 4 matçda hələlik heç-heçə qeydə alınmayıb. Məhsuldarlığın aşağı olduğu oyunlarda “Qəbələ” dörd qol vurub, ikisini buraxıb. “Sabah”la qarşılaşmaların bombardiri Ceyms Adeniyidir. O, rəqib qapısına 2 dəfə yol tapıb.

“Sabah”ın meydanındakı qarşılaşmalarda isə eyni hesab qeydə alınır. Hər iki görüşün taleyini 1 top həll edib. Çempionatda meydan sahibləri, kubokda “Qəbələ” qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button