“Sabah” onunla vidalaşdığını rəsmən açıqladı
“Sabah” klubu Rocer Roxasla yollarını ayırdığını rəsmən açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun saytının yaydığı açıqlamada bildirilir. Məlumatda bildirilir ki, honduraslı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Roxas “Sabah”a bu ilin avqust ayında keçmişdi. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qola imza atıb.
“Sabah” Roxasa gələcək karyerasında uğurlar arzulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin