“Sabah” “Olimpiakos”la “sülh”ə razılaşdı

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” son yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Masazır təmsilçisi Yunanıstan klubu “Olimpiakos”la qarşılaşıb.

Kematen stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. “Sabah”ın heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib.

“Sabah” daha əvvəl Qətərin “Əl-Sədd” komandasını 3:1 hesabı ilə məğlub edib, ikinci görüşündə isə Almaniya “Sankt-Pauli”sinə uduzub – 1:4.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button