“Sabah” nigeriyalı hücumçu ilə yolları ayırdı
“Sabah” hücumçu Emmanuel Apehlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. Klub Apehə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Apeh 2022-ci ilin yayından “Sabah”da çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin