“Sabah” Mərakeş millisinin futbolçusu ilə anlaşıb

“Sabah” klubu Mərakeş millisinin futbolçusu Sofian Şaklanı transfer etməyə yaxındır.

Komanda.az kluba yaxın mənbəyə istinadən xəbər verir ki, “Sabah”ın 30 yaşlı mərkəz müdafiəçisinin formasını geyindiyi İspaniyanın “Ponferradina” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

Futbolçunun yaxın günlərdə müqavilə bağlamaq üçün Bakıya gələcəyi gözlənilir.

Şakla karyerası ərzində İspaniyanın “Malaqa”, “Almeriya” və “Xetafe” kimi klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button