“Sabah” milli üzvünü transfer etdi – Rəsmi
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.
Anatoli “Sabah”da 9 nömrəli formada çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin