“Sabah” milli üzvü ilə anlaşdı
“Sabah” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Komanda.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Tellur Mütəllimovla anlaşıb.
Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə bağlanılacaq.
Tellur hazırda “Sumqayıt”ın uğurları üçün çalışır. 27 yaşlı futbolçu 2020-ci ildən bu klubdadır. O, daha öncə “Qəbələ” və “Zirə”də də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin