“Sabah” milli üzvü ilə yeni müqavilə bağladı
“Sabah” klubu Azərbaycan milli komandasının futbolçusu Aleksey İsayevlə yeni müqavilə bağlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin mayınadəkdir.
Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin