“Sabah” Masazırı “ASK Arena”ya dəyişir? – Açıqlama

Mətbuatda yayılan xəbərə görə, “Sabah” klubu Bakıdakı “ASK Arena” stadionunu alıb. Xəbərdə bildirilir ki, Masazırdakı “Bank Respublika Arena”da çıxış edən paytaxt təmsilçisi yeni arenasında yenidənqurma işləri apardıqdan sonra bura köçəcək. Bununla da, “Keşlə”nin adını “Şamaxı”ya dəyişərək Şamaxıya köçməsindən sonra sahibsiz qalan stadionda yeni komanda çıxış edəcək.

“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məsələ ilə bağlı Komanda.az-a açıqlama verib. Klub rəsmisi hələ ki, yeni stadiona köçməklə bağlı hansısa qərar verilmədiyini bildirib:

“Komandamız hazırda “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Həm əsas, həm də əvəzedici komandamız öz məşqlərini bu stadionun əsas və əvəzedici meydançalarında keçir. Premyer Liqada ev oyunlarımızı da bu stadionun əsas meydançasında keçiririk. Gələcəkdə stadionla bağlı hər hansı dəyişiklik olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button