“Sabah” – “Makkabi” matçı slovakiyalı hakimlərə tapşırılıb
“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”yə (Hayfa) qarşı keçirəcəyi cavab matçının hakimləri məlum olub.
Komanda.az xəbər verir ki, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Peter Kraloviçdir. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Boris Marhefka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Avqustun 1-də keçiriləcək “Sabah” – “Makkabi” oyunu saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin