
“Sabah” “Lill”in futbolçusunu icarəyə götürdü – Rəsmi
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
Aaron Maluda Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb.
Maluda Fransanın “Lion” klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.
Vinger Fransanın U-19 millisinin də üzvü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



