
“Sabah”ın Konfrans Liqası matçına neçə bilet satılıb?
UEFA Konfrans Liqasının 3-ci təsnifat mərhələsinin cavab matçında “Levski” ilə (Bolqarıstan) qarşılaşacaq “Sabah”ın oyununa 6000 bilet satılıb.
Bu barədə Komanda.az-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.
“Sabah” – “Levski” matçı bu gün saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək. Komandalar arasında keçirilən ilk oyunda “Sabah” 0:1 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin