“Sabah” legioneri ilə yollarını ayırdı
“Sabah” müdafiəçi Zurab Oçiqava ilə yollarını ayırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı futbolçu ilə mövsümün sonunda bitən müqavilə müddəti yenilənməyib.
Oçiqavaya kluba xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Müdafiəçi 2021-ci ilin əvvəlindən “Sabah”ın formasını geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin