“Sabah”ın hazırlıq planı açıqlandı
“Sabah” klubunun yay hazırlıq planı bəlli olub.
Komanda.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda keçiriləcək.
İyulun 15-də Gürcüstanın Tbilisi şəhərinə yollanacaq “ağ-göylər”, iki həftə bu ölkədə hazırlıq keçəcək.
Bakıda 2, Tbilisidə isə 4 sınaq matçının keçirilməsi nəzərdə tutulub. “Sabah” iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər hələ məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin