“Sabah” Ponomaryova yeni vəzifə verdi

“Sabah” klubunda yeni təyinat gerçəkləşib.

Komanda.az xəbər verir ki, İqor Ponomaryov klubun idman direktoru vəzifəsinə təyin edilib. Bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.

Keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989) olan Ponomaryov 2018-ci ildən “Sabah” klubunun Müşahidə Şurasının üzvüdür.

Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən sabiq yarımmüdafiəçi, SSRİ-nin gənclər yığmasının üzvü olub, 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yığmanın heyətində yer alıb. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb. Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olan mütəxəssis, İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb.

Ponomaryov 2000-2001-ci illərdə Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button