“Sabah” yeni transferinin sənəd işlərini həll etdi

“Sabah” klubu yeni transferi Kristian Sebalyosu PFL-ə sifariş edəcək.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında deyib. O, ispan yarımmüdafiəçinin sənəd məsələlərinin tam həll olunduğunu bildirib:

“Sebalyosun sənəd məsələləri həll edilib. O, komandanın növbəti matçında meydana çıxa biləcək. Sebalyosun üçüncü turda iştirak etməsi üçün heç bir problem yoxdur”.

28 yaşlı futbolçu sənəd işləri tamamlanmadığı üçün Premyer Liqanın ilk iki turunu buraxmalı olub.

“Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/2016), Portuqaliyanın “Aroka” (2013/2014), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qətər” (2020/21) klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button