“Abasov lap 5 oyunluq cəzalansa, bunun bizə nə xeyri var?” AÇIQLAMA
“Sabah” klubu Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçından (2:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasovun qapıçı Saşa Stamenkoviçlə bağlı fikirlərinə görə şikayət etməyəcək.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bununla bağlı Komanda.az-a açıqlama verib. O, Abasovun “Sabah”ın qapıçısını ilərdir tanıyırıq. Vaxtı uzadır, ver “qırmızı”nı, rədd elə” fikirlərinə görə “Neftçi”dən və baş məşqçisindən AFFA-ya şikayət etməyəcəklərini bildirib:
“Bu məsələ ilə bağlı heç bir şikayət edilməyəcək. Şikayət edilsə, nə olacaq ki? Abasov lap 5 oyunluq cəzalansa, bunun bizə nə xeyri var? Əslində, hakimin bizim əleyhimizə qərarları daha çox idi, nəinki “Neftçi”nin. Samir Abasov Stamenkoviçin yerdə qalmasından şikayətlənir. Bu, futboldur. Qapıçının vaxtı uzatması adi haldır və bütün oyunlarda da olur. Stamenkoviç yerdə nə qədər qaldı ki? Özünüz də gördüz ki, hakim bunlara uyğun olaraq, matçın sonuna 6 dəqiqə əlavə etdi. Hələ bundan üç dəqiqə əlavə də oynatdı”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin