
“Sabah” müraciət etdi, “Neftçi” ilə oyunun vaxtı dəyişdirildi
“Sabah” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, çox sayda oyunçusunun milli komandalara dəvət aldığını əsas gətirərək, Azərbaycan 1-ci divizionunun 18-ci turunun “Neftçi”-2 ilə oyununun vaxtının dəyişdirilməsini xahiş edib.
Komanda.az xəbər verir ki, “Sabah” klubunun müraciətini, yarışların mövcud əsasnaməsini və “Neftçi” klubunun razılığını rəhbər tutan PFL, “Sabah”-2 – “Neftçi”-2 oyununu 19 mart tarixdən 20 aprel tarixinə təxirə salıb.
Komandaların qar səbəbindən təxirə salınmış oyunlarının keçirilməsi qüvvədə qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin