“Sabah” Şeydayevin ayrılığını rəsmən açıqladı
“Sabah” klubu hücumçu Ramil Şeydayevin ayrılığını rəsmən açıqlayıb.
Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçunun klubla müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şeydayev 2020-ci ilin fevralından “Sabah”da çıxış edirdi. Azərbaycan milli komandasının da üzvü olan hücumçu Bakı klubunda 29 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin