“Sabah” adı “Qarabağ”la hallanan futbolçunu transfer edir
“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Bakı təmsilçisi Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubu ilə yollarını ayıran Hendrik Eksteyni transfer etmək niyyətindədir. Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, 28 yaşlı futbolçu ilə danışıqlar gedir.
Eksteynin bu gün Bakıya gələcəyi və razılıq əldə olunacağı təqdirdə, rəsmi müqavilə imzalanacağı bildirilir.
Eksteynin adı “Sabah”la yanaşı, “Qarabağ” klubu ilə də hallanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin