“Borussiya”nın yetirməsi “Sabah”da – rəsmi
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Coy-Lens Mikelsi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı vingerlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Münhenqladbax “Borussiya”sının yetirməsi olan Mikels Almaniyada “Şalke 2”, “Aahen”, “Nordhauzen”, Niderlandda “Maastrixt” kimi klublarda çıxış edib.
Mikels “Sabah”a azad agent kimi keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin