“Sabah” gürcü hücumçu ilə müqavilə imzalayacaq
“Sabah” klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
Premyer Liqa təmsilçisi Gürcüstandakı toplanışda baxışa dəvət etdiyi Mixeil Ergemlidzeni heyətinə qatacaq. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında deyib. O, 22 yaşlı gürcü hücumçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağını bildirib.
Mixeil Ergemlidze son olaraq Tbilisi “Dinamo”sunda çıxış edib. Bu klubun yetirməsi olan hücumçu ötən mövsümü icarə əsasında Türkiyənin “Adana Dəmirspor” klubunda top qovub. Ergemlidze Adana təmsilçisinin əsas komandası ilə matça çıxmayıb. Ergemlidze Gürcüstanın U-20 yığmasında bir oyuna çıxıb. Hazırda azad agent olan futbolçunun “transfermarkt”da dəyəri 125 min avrodur.
“Sabah” baxışa çağırdığı daha bir futbolçu, İldar Ələkbərovla 3 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin