“Sabah” legioneri ilə yollarını ayırdı – rəsmi

“Sabah” klubla müqavilə müddəti başa çatan Dmitro Klotsla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı yarımmüdafiəçi bu ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışırdı. 25 yaşlı futbolçu son mövsümdə 6 oyunda şans qazanıb.

“Sabah” klubu futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button