“Sabah” kapitanı 3 həftəlik itirib
Azərbaycan millisinin heyətindən kənarlaşdırılan “Sabah”ın kapitanı Elvin Camalov təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə Komanda.az-a klubun mətbuat katibi Elnir Həmidov məlumat verib.
29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan”la oyunda (1:1) zədələnib. Onun dirsəyində sınıq aşkarlansa da, əməliyyata ehtiyac olmayacaq.
Elvin Camalovun əvəzinə milli komandaya Vadim Abdullayev dəvət edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin