
“Sabah”ın “Makkabi” ilə harada qarşılaşacağı hələ də məlum deyil – Açıqlama
“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə keçiriləcək səfər görüşünün məkanı bəlli deyil.
Bu barədə Komanda.az-a açıqlamasında paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
O, həmçinin qeyd edib ki, ilk görüşün səfərdə keçirilməsi nəzərdə tutulub.
“Sabah”ın “Makkabi” ilə ilk qarşılaşması iyulun 25-də keçiriləcək. Cavab matçı isə bir həftə sonra, avqustun 1-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin