“Sabah”da ispaniyalı futbolçu – Rəsmi
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı müdafiəçi Con İrasaballa anlaşıb.
26 yaşlı oyunçu ilə 1+2 illik müqavilə imzalanıb.
İrasabal karyerası ərzində İspaniyanın “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin