“Sabah” “İnter”in keçmiş hücumçusunu transfer edir
“Sabah” klubu növbəti transferini həyata keçirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, paytaxt klubu İsak Belfodillə anlaşıb. Transfer tezliklə rəsmən açıqlanacaq.
Bu barədə “Sabah”ın sosial şəbəkə hesabında anons verilib. Yeni transferin kimliyi açıqlanmasa da, futbolçunun oynadığı klubların adları qeyd olunub.
Belfodil karyerası ərzində “Lion”, “Bolonya”, “İnter”, “Parma”, “Verder”, “Hoffenhaym”, “Herta” kimi klublarda oynayıb. Əlcəzair millisinin üzvünün son klubu Qətərin “Əl Qarafa” komandası olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin