“Sabah” hücumçusu ilə vidalaşdı – Rəsmi
“Sabah” klubu hücumçusu İshak Belfodillə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Belfodil ötən ilin yayında “Sabah”a keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin