“Sabah” hücumçusu ilə vidalaşdı
“Sabah” klubu legionerlərindən biri ilə yollarını ayırıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, Tiemoko Fofananın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
23 yaşlı hücumçu mövsümün əvvəlində zədəli olduğu üçün bu mövsüm sifariş ərizəsinə daxil edilməmişdi.
O, 2021-ci il yanvar ayında Finlandiyanın “İlves” klubundan icarə əsasında “Sabah”a keçmişdi. Sonradan isə “Sabah” afrikalı futbolçunun transfer hüquqlarına sahib çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin