“Sabah” hücumçusu ilə vidalaşdı

“Sabah” klubu legionerlərindən biri ilə yollarını ayırıb.

Klubdan Komanda.az-a verilən məlumata görə, Tiemoko Fofananın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

23 yaşlı hücumçu mövsümün əvvəlində zədəli olduğu üçün bu mövsüm sifariş ərizəsinə daxil edilməmişdi. 

O, 2021-ci il yanvar ayında Finlandiyanın “İlves” klubundan icarə əsasında “Sabah”a keçmişdi. Sonradan isə “Sabah” afrikalı futbolçunun transfer hüquqlarına sahib çıxmışdı. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button