“Sabah”da yeni futbolçu
“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Xorvatiyanın “Qoritsa” klubundan Mario Marinanı transfer edib. Bu barədə “Qoritsa” klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə, 30 yaşlı yarımmüdafiəçinin komanda ilə vidalaşdığı və karyerasını Azərbaycanda – “Sabah”da davam etdirəcəyi bildirilir. Marinanın “Sabah”a keçidinin detalları açıqlanmayıb.
Yarımmüdafiəçi son mövsümdə Xorvatiya çempionatında 13 oyuna çıxıb.
Karyerası ərzində Xorvatiyanın “Zaqora”, “Dinara Knin”, “Sibenik”, Bosniya və Herseqovinanın “Şiroki Brieq” kimi klublarında forma geyinən Marina, 2017-ci ildən “Qoritsa”da çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin