“Neftçi”dən ayrılan futbolçu rəsmən “Sabah”da

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Neftçi”dən ayrılan Səlahət Ağayev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. Təcrübəli qapıçı ilə bir illik müqavilə bağlanıb.

Səlahət karyerası ərzində MOİK (2010/11), “Keşlə” (2011/12, 2013-2017), “Sumqayıt” (2012/13, 2015/16) və “Neftçi” (2017-2021) klublarında çıxış edib. O, 19 oyunda Azərbaycanın əsas millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button