“Sabah” Gürcüstanda yarımfinala yüksəldi
Gürcüstanın Tbilisi şəhərində keçirilən “Bendela Cup” turnirində çıxış edən “Sabah”ın U-12 komandası turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, “Sabah” qrup mərhələsində yerli “Dinamo” (Diqomi, 12:0), “Rustavi” (1:2) və “Dinamo” (Batumi, 6:0) komandaları ilə qarşılaşıb. 1/4 finalda Gürcüstanın “Qori” komandasını üstələyən (4:2) U-12 komandası yarımfinala vəsiqə qazanıb.
“Sabah” yarımfinal mərhələsində Gürcüstanın “Rustavi” komandası ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək.
“Sabah”ın turnirdə keçirdiyi bütün oyunlar:
Qrup mərhələsi
Sabah – Rustavi 1:2
Qol: İlkin Bayramov.
Dinamo (Diqomi) – Sabah 0:12
Qol: İlkin Bayramov, Kəmaləddin Qəhrəmanov, Firdovsi Şeydayev (2), Nizami Nəbiyev, Nihad Hüseynzadə, Ziya Məmmədov, Süleyman Babayev, Ümid Əliyev, Altun Yusifli (2), Vaqif Məmmədov.
Sabah – Dinamo (Batumi) 6:0
Qol: Nihad Hüseynzadə, Firdovsi Şeydayev (2), Kəmaləddin Qəhrəmanov, Nizami Nəbiyev, Ziya Məmmədov.
1/4 final mərhələsi
Sabah – Qori 4:2
Qol: Nihad Hüseynzadə, Ömər Kosayev, Kəmaləddin Qəhrəmanov, Ziya Məmmədov.
Bizi Facebook-da izləyin