“Sabah” futbolçusunu geri qaytardı

Elgün Nəbiyev “Sumqayıt”dan ayrılıb.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu “Sabah”a qayıdıb.

O, mövsümün qalan hissəsini öz komandasında keçirəcək.

Qeyd edək ki, “Sabah” Nəbiyevi yayda “Sumqayıt”a mövsümün sonuna kimi icarəyə vermişdi.

Elgün Nəbiyev 2018-ci ildə “Zirə”dən “Sabah”a gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button